“Keşlə”nin Türkiyədə keçirəcəyi təlim-məşq toplanışı zamanı rəqibləri müəyyənləşib

Futbol
  • 03 yanvar, 2020
  • 15:05
“Keşlə”nin Türkiyədə keçirəcəyi təlim-məşq toplanışı zamanı rəqibləri müəyyənləşib

“Keşlə” futbol komandasının Türkiyənin Antalya bölgəsində keçirəcəyi təlim-məşq toplanışı zamanı rəqibləri müəyyənləşib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, toplanış müddətində 3 oyun nəzərdə tutulub.

Yanvarın 17-də Almaniyanın III Liqa təmsilçisi "Tsvikkau" ilə qarşılaşacaq Tərlan Əhmədovun baş məşqçi olduğu kollektivi bundan 5 gün sonra Rusiyanın "Arsenal" (Tula), yanvarın 24-də Slovakiyanın "Zemplin" komandası sınağa çəkəcək.

Qeyd edək ki, hazırlıq prosesi 12 yanvarda başlanacaq.