"Keşlə"nin baş məşqçisi Azərbaycan Premyer Liqasının tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb
Futbol
- 13 avqust, 2018
- 08:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında ilk turun “Keşlə” – “Sabah” qarşılaşması daha bir əcnəbi baş məşqçinin debütü ilə əlamətdar olub.
“Report” Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, meydan sahibi komandanın sükanı arxasında olan Mladen Milinkoviç yarışın tarixinə 55-ci əcnəbi mütəxəssis kimi düşüb.
O, Azərbaycan çempionatlarında 4-cü serbiyalı baş məşqçidir. Milinkoviçə qədər həmyerliləri Petar Kurçubiç “Olimpik” (indiki “Şüvəlan”), Milinko Pantiç “Bakı”ya rəhbərlik edib, Miroslav Saviç isə baş məşqçi əvəzi kimi “Masallı”nı 1 oyuna çıxarıb.
Qeyd edək ki, "Sabah"la oyun "Keşlə"nin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Son xəbərlər
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Maliyyə
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:44
Foto
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərdi
09:38
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Region
09:37
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
09:35
EHF Avropa Kuboku: "Kür" komandası bu gün cavab matçına çıxacaq
Komanda