"Keşlə" klubu qış fasiləsində sonuncu transferini həyata keçirib

Futbol
  • 06 fevral, 2018
  • 08:38
Keşlə klubu qış fasiləsində sonuncu transferini həyata keçirib

Bakı. 6 fevral. REPORT.AZ/ Bakının “Keşlə” klubu qış fasiləsində sonuncu futbolçu transferini həyata keçirib.

“Report” paytaxt təmsilçisinin rəmsi saytına istinadən xəbər verir ki, bakılılar Sezar Meza Kolli ilə rəsmi müqavilə imzalayıblar. Paraqvaylı futbolçu cari mövsümün sonunadək “Keşlə”nin formasını geyinəcək. O, 10 nömrəli formanı geyinəcək. 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2013 – 2016-cı illərdə də “Keşlə”də çıxış edib. O, ötən mövsümü “Zirə”nin heyətində keçirib. Son 7 ayı klubsuz qalan Sezar Meza Kolli yeni komandasına azad agent qismində keçib.