Kərim Benzema Fransa futbolunda tarixi nailiyyətə imza atıb

Futbol
  • 15 mart, 2022
  • 04:36
Kərim Benzema Fransa futbolunda tarixi nailiyyətə imza atıb

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kərim Benzema Fransa futbol tarixinin bombardiri olub.

“Report” xəbər verir ki, Benzema İspaniya çempionatının "Malyorka" ilə oyununda dubl edib. Qarşılaşmada onun komandası 3:0 hesabı ilə qalib gəlib.

"Real Madrid"in hücumçusu aktivindəki qol sayını 413-ə çatdırıb. Bu göstəricidə ikinci yeri 411 qolla artıq karyerasını başa vurmuş Tyerri Anri tutur.

Benzema 2009-cu ildən "Real Madrid"də çıxış edir. O, komandanın heyətində üç dəfə İspaniya çempionu olub, iki dəfə ölkə kubokunu, dörd dəfə Çempionlar Liqasını qazanıb.

Qeyd edək ki, Kərim Benzema 2004 - 2009-cu illərdə "Lion"un formasını geyinib.

44 filmi