"Kəpəz" Nicat Məmmədovla müqavilənin müddətini uzadıb

Futbol
  • 13 avqust, 2026
  • 17:09
Kəpəz Nicat Məmmədovla müqavilənin müddətini uzadıb

"Kəpəz" klubu futbolçusu Nicat Məmmədovla müqavilənin müddətini uzadıb.

"Report"un məlumatına görə, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.

Xatırladaq ki, Nicat Məmmədov ötən mövsümü icarə əsasında "Mingəçevir"də keçirib.

44 - Tezliklə