"Kəpəz"in zədəli futbolçusunun vəziyyətinə aydınlıq gəlib
Futbol
- 06 fevral, 2017
- 12:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XVI turunda “Zirə” ilə səfər oyununun sonlarında zədələnən "Kəpəz"in futbolçusu Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.
"Report"un Gəncə klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, müayinədən keçən müdafiəçiyə sol çiyin qurşağının ikinci dərəcəli bağ gərilməsi diaqnozu qoyulub. Hazırda Əliyevin müalicəsi davam etdirilir. Futbolçu zədəsi səbəbindən “Sumqayıt” ilə görüşdə iştirak edə bilməyəcək. Onun həftəsonu “Qarabağ”la oyuna kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, "Kəpəz"in digər zədəliləri - Tural Axundov və Azad Kərimov artıq sıraya dönüb. Ötən tur “Zirə” ilə görüşü buraxan futbolçular bu gün kollektiv məşqlərə qoşulublar.
Son xəbərlər
05:16
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya sanksiya tətbiq etməyib
Digər ölkələr
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr