"Kəpəz" iki yoxlama oyunu keçirəcək
- 19 sentyabr, 2026
- 11:44
"Kəpəz"in milli komandaların beynəlxalq oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranacaq fasilə üçün planları müəyyənləşib.
Bu barədə "Report"a Gəncə təmsilçisindən məlumat verilib.
"Sarı-göylər" sentyabrın 20-də ölkə çempionatında "Sumqayıt"la oyundan sonra 4 günlük istirahətə yollanacaq.
Sentyabrın 25-də klubun bazasına toplaşacaq futbolçular məşqləri Gəncə stadionunun ehtiyat meydanında davam etdirəcək. Baş məşqçi Azər Məmmədov oyunçuları yoxlama matçlarında da sınaqdan keçirəcək.
Bu məqsədlə oktyabrın 2-də iki oyun keçiriləcək. Komanda həmin gün saat 12-də Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qüvvəsini sınayacaq.
Saat 17-də isə rəqib I Liqa təmsilçisi "Gəncəbasar" olacaq. "Kəpəz"in məşqçilər korpusu bütün futbolçuların oyununu izləmək üçün heyəti iki yerə ayıracaq. Hər iki qarşılaşma Gəncə stadionunun ehtiyat meydanında baş tutacaq.