“Kayserispor” klubunun Robert Prosineçkiyə ödədiyi borcunun məbləği bəlli olub

Futbol
  • 02 avqust, 2017
  • 06:49
“Kayserispor” klubunun Robert Prosineçkiyə ödədiyi borcunun məbləği bəlli olub

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyənin “Kayserispor” klubunun futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkiyə ödədiyi borcunun məbləği bəlli olub. Bu barədə “Report”a xorvatiyalı mütəxəssisin meneceri Yaşar Çalışır məlumat verib.

Türkiyəli futbol agenti bildirib ki, “Kayserispor” faizi ilə birlikdə R.Prosineçkiyə 190 min avro (373 min manat) ödəyib.

Qeyd edək ki, Türkiyə təmsilçisinin prezidenti Erol Bedir komandanın sabiq baş məşqçiləri Robert Prosineçki və Tolunay Kafkasa 2 milyon 88 min lirə (994 min manat) borc ödədiyini söyləyib.

Xorvatiyalı məşqçi 2012-2013 mövsümündə “Kayserispor”a rəhbərlik edib.

44 - Tezliklə