"Karvan-Yevlax" Türkiyə klublarında oynamış Antoni Uzodimma ilə anlaşıb

Futbol
  • 20 avqust, 2026
  • 18:43
Karvan-Yevlax Türkiyə klublarında oynamış Antoni Uzodimma ilə anlaşıb

"Karvan-Yevlax" heyətinə daha bir futbolçu qatıb.

"Report" xəbər verir ki, bu barədə I Liqa təmsilçisi məlumat yayıb.

Nigeriyalı yarımmüdafiəçi Antoni Uzodimma ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

27 yaşlı oyunçu karyerası ərzində Türkiyənin "Kayserispor", "Girəsunspor", "Ankara Keçiörəngücü", həmçinin öz ölkəsinin "Emordi" və "Rasinens" klublarında forma geyinib.

44 - Tezliklə