Karlo Ançelotti: "Yaponiya millisi asan rəqib deyil"
- 29 iyun, 2026
- 23:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Yaponiya millisi asan rəqib deyil.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/16 final mərhələsində Yaponiyaya qarşı keçirilən oyundan sonra deyib.
Mütəxəssis komandasının oyunundan razı qaldığını və hələ inkişaf üçün imkanların olduğunu vurğulayıb:
"Səbrimizi itirmədik. Həm meydanda, həm də ehtiyat oyunçular skamyasında kifayət qədər seçimimiz var idi. Yaponiya asan rəqib deyil – çox yaxşı təşkilatlanmış və yüksək intensivliklə oynayan komandadır. Neymarı əlavə vaxta saxlayırdım. İkinci qolu vurmasaydıq, o, 105-ci dəqiqədə meydana çıxacaqdı. Komanda yaxşı oynadığı üçün oyun quruluşunu dəyişmək istəmədim".
Qeyd edək ki, Yaponiya seçməsinə 2:1 hesabı ilə qalib gələn Braziliya 1/8 finala yüksəlib.