Kamran Ağayev zədəsini sağaldıb
Futbol
- 27 mart, 2019
- 12:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan millisinin və "Keşlə" klubunun qapıçısı Kamran Ağayev zədəsini sağaldıb.
Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 33 yaşlı qolkiper artıq komanda ilə məşqlərə start verib.
Baş məşqçi Tərlan Əhmədov şans verəcəyi təqdirdə, Ağayevin Premyer Liqanın XXII turunda evdə "Neftçi" ilə matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, martın 30-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Neftçi" matçı saat 18:30-da start götürəcək. Kamran Ağayev zədə səbəbindən Azərbaycan millisinin səfərdə Xorvatiyaya qarşı AVRO-2020-nin seçmə və "Bakcell Arena"da Litva ilə yoldaşlıq oyununda iştirak edə bilməyib. Azərbaycan Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə isə qolsuz heç-heçə edib.
Son xəbərlər
07:38
Bakının iki rayonunda işıq kəsiləcək
Energetika
07:04
Yaponiya kütləvi məlumat sızmalarına qarşı xüsusi qrup yaradacaq
Digər ölkələr
06:37
Bob Dilan Roma Papası XIV Leo ilə Vatikanda görüşüb
Digər ölkələr
06:13
Şimali Koreyada yeni HHM kompleksi sınaqdan keçirilib
Digər ölkələr
05:41
Qızılın qiyməti 4 100 dolları ötüb
Maliyyə
05:27
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
Digər ölkələr
04:44
Berlin polisi Bavariyanın iqtisadiyyat nazirinin ölümünü təsdiqləyib
Digər ölkələr
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr