Jamal Sellami: "Avstriya kimi güclü Avropa komandası ilə başabaş mübarizə apardıq"

Futbol
  • 17 iyun, 2026
  • 11:25
Jamal Sellami: Avstriya kimi güclü Avropa komandası ilə başabaş mübarizə apardıq

DÇ-2026-nın qrup mərhələsinin I turunda Avstriyaya 1:3 hesabı ilə məğlub olan İordaniya millisi güclü rəqibinə qarşı başabaş mübarizə aparıb.

"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Jamal Sellami oyundan sonra deyib.

Mütəxəssis Ali Olvanın tarixi qola imza atdığını vurğulayıb:

"Ölkəmizin dünya çempionatları tarixindəki ilk oyununda qol vurduq. Ali Olvanın qolu bütün İordaniya xalqı üçün tarixi bir an idi. Avstriya kimi güclü Avropa komandası ilə başabaş mübarizə apardıq. Hesab 1:1 olarkən avtoqol oldu və bu, oyunçularımın motivasiyasına təsir etdi. Sonda təyin olunan penalti isə nöqtəni qoydu".

O, mübarizəni sonadək davam etdirəcəklərini bildirib:

"Biz bura sadəcə iştirak üçün gəlməmişik. Futbolçularımın göstərdiyi cəsarətdən qürur duyuram. Növbəti oyunlarda səhvlərimizi düzəldib qrupdan çıxmaq üçün sonadək vuruşacağıq".