İtaliya klubu türkiyəli futbolçu üçün "Fənərbağça"ya rəsmi təklif göndərib

Futbol
  • 16 yanvar, 2025
  • 12:22
İtaliya klubu türkiyəli futbolçu üçün Fənərbağçaya rəsmi təklif göndərib
Cengiz Ünder

İtaliyanın "Torino" klubu Türkiyə təmsilçisi "Fənərbağça"da çıxış edən Cengiz Ünder üçün təklif göndərib.

"Report" xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Tərəflər arasında danışıqların rəsmən başladığı bildirilib.

Qeyd edək ki, 2023-cü ildən İstanbul təmsilçisinin formasını geyinən Cengiz Ünder 2017-2022-ci illərdə İtaliyada "Roma"nın uğurları üçün çalışıb.