İtaliya A Seriyası: "Milan" səfərdə 4 qol vurub

Futbol
  • 12 aprel, 2025
  • 02:47
İtaliya A Seriyası: Milan səfərdə 4 qol vurub

İtaliya A Seriyasında XXXII turun oyunları keçirilir.

"Report" xəbər verir ki, "Udineze"nin qonağı olan "Milan" azarkeşlərini sevindirib.

"Rossonerilər" meydan sahiblərini 4 cavabsız qolla darmadağın ediblər.

Bu qələbə sayəsində "Milan" xallarını 51-ə çatdıraraq turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Onun rəqibi isə 40 xalla 11-ci yerdədir. 31 oyundan 68 xal toplayan "İnter" vahid liderdir.

44 - Tezliklə