İspaniyanın “Selta” klubu həbs olunmuş futbolçu ilə müqaviləyə xitam verib
Futbol
- 05 avqust, 2023
- 05:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın “Selta” klubu hücumçusu, həbs olunmuş Santi Mina ilə müqaviləyə xitam verib.
"Report" bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.
Santi Mina ilə əmək müqaviləsi birtərəfli qaydada ləğv olunub.
Qeyd edək ki, iyul ayında Minaya təcavüzə görə 4 il həbs cəzası kəsilib. Hadisə 2017-ci ildə futbolçunun "Valensiya"da çıxış etdiyi vaxt baş verib. Mina zərərçəkmişə 25 min avro ödəməli olacaq. Onun qərardan İspaniya Ali Məhkəməsinə şikayət etmək hüququ var.
Ötən mövsüm Mina Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubunda icarə əsasında çıxış edib. O, 2019-cu ildən "Selta"da oynayırdı.
Son xəbərlər
11:26
Foto
Ceyhun Bayramovun Niderland XİN rəhbəri ilə görüşü başlayıb
Xarici siyasət
11:25
Bakıda ağacları kəsərkən qayda pozuntusuna yol verən əməkdaş işdən çıxarılıb
Hadisə
11:24
Rəşad Sadıqov "Zirə"nin baş məşqçisi kimi 250-ci oyuna çıxıb
Futbol
11:21
İlham Əliyev Avstriya Prezidentini təbrik edib
Xarici siyasət
11:19
Azərbaycandakı sığorta şirkətlərinin sığorta ödənişlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
11:18
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
11:17
"Neftçi" ilə oyun "Turan Tovuz" üçün əlamətdar olub
Futbol
11:17
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
ASK
11:16
Avropada qazın qiyməti 1 100 dolları ötüb
Energetika