İspaniyalı oyunçu "Qarabağ"la matçdan əvvəl məşqlərə başladı
Futbol
- 16 noyabr, 2020
- 08:10
Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq Türkiyə "Sivasspor"unun futbolçusu Xorxe Feliks zədəsini sağaldıb.
"Report" Superliqa təmsilçisinin rəsmi tvitter hesabına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu həkim nəzarətində fərdi məşqlərə başlayıb.
İspaniyalı oyunçu hələ ki qaçışla kifayətlənir. Onun meydana nə vaxt çıxa biləcəyi açıqlanmayıb.
Qeyd edək ki, İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Ağdam təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.
Son xəbərlər
07:34
"FT": Avropa İttifaqı daxilində bank əməliyyatları asanlaşdırlır
Maliyyə07:08
ABŞ narkotik daşıyan gəmiyə zərbə endirib, ölənlər var
Digər ölkələr07:05
Meksika və Cənubi Koreya oyununun ən yaxşı futbolçusu bəli olub
Futbol06:58
Yulen Lopeteqi: "Ağır məğlubiyyətdən sonra vacib məsələ toparlanmaqdır"
Futbol06:56
DÇ-2026: Meksika Cənubi Koreyanı məğlub edib - YENİLƏNİB-4
Futbol06:42
ABŞ və İranın İsveçrə görüşü təxirə salınıb, Vensin səfəri ləğv edilib
Digər ölkələr06:19
Kanada millisinin baş məşqçisi: "Komanda olaraq İsmayıl Konenin ətrafında birləşmişik"
Futbol06:05
Avropa İttifaqı Rusiya tərəfindən döyüşənləri "Qara siyahı"ya sala bilər
Digər ölkələr05:36