İspaniyada qapıçı qol vurduqdan sonra məğlubiyyətə səbəb oldu
Futbol
- 05 noyabr, 2020
- 08:43
İspaniyanın regional çempionatında "Vinaros" və "Peniskola" komandaları arasında keçirilmiş matçda qeyri-adi hadisə baş verib.
"Report"un məlumatına görə, 95+5-ci dəqiqədə "Vinaros"un qapıçısı Carlos Aquayo Torres hesabı bərabərləşdirmək üçün irəli gedib.
Rəqibin cərimə meydançasının kənarında top qolkiperin qarşısına düşüb. O isə dəqiq zərbə ilə tarazlığı bərpa edib. Amma bu, görüşdəki sonuncu qol olmayıb.
"Peniskola"nın futbolçuları mərkəzdən oyuna başlayan kimi topu birbaşa qapıya göndərib. Torres öz mövqeyində olmadığı üçün zərbə qolla nəticələnib.
Qeyd edək ki, "Peniskola" qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıb.
İspaniyada qapıçı qol vurduqdan sonra məğlubiyyətə səbəb oldu
Son xəbərlər
21:12
Azərbaycan çempionatı: Sərbəst güləşçilərin mübarizəsində ilk qaliblər müəyyənləşib
Fərdi21:03
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilib
Komanda21:03
Bərdədə baş verən ağır qəzada bir nəfər ölüb, iki nəfər xəsarət alıb
Hadisə21:00
SOCAR keçən il 2 milyon tondan çox neft-kimya məhsulları ixrac edib
Energetika20:54
Foto
QMİ sədri: Erməni kilsəsinin revanşizmə meyillənməsi birgəyaşayış prinsiplərinə uyğun deyil
Xarici siyasət20:50
Azərbaycan Basketbol Liqasının XVII turunda "Naxçıvan" qələbə qazanıb
Komanda20:46
"Qarabağ" - "Nyukasl" oyununa 18 mindən çox bilet satılıb
Futbol20:44
Video
Lökbatanda yaşayış binası yanıb, sakinlər təxliyə olunub
Hadisə20:39