İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi ağır zədə alıb
Futbol
- 01 dekabr, 2025
- 11:04
"Barselona"nın və İspaniyanın qadınlardan ibarət millisinin yarımmüdafiəçisi Aitana Bonmati ağır zədə alıb.
"Report" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb
Futbolçu millinin düşərgəsində olarkən, məşq zamanı sol fibulasını sındırıb. Onun müalicə üçün "Barselona"ya qayıdacağı bildirilib.
Qeyd edək ki, 27 yaşlı futbolçu bütün karyerasını "Barselona"da keçirib. O, Kataloniya klubunun heyətində Kral Kubokunun (7 dəfə), La Liqanın (6 dəfə), İspaniya Superkubokunun (5 dəfə) və UEFA Çempionlar Liqasının (3 dəfə) qalibi adını qazanıb. A.Bonmati İspaniya millisinin heyətində 2023-cü ildə dünya çempionu, 2025-ci ildə isə Avropa çempionu olub. O, "Qzıl top" mükafatının 3 qat qalibidir.
Son xəbərlər
04:38
Tailandın hakim partiyası parlament seçkilərində qalib gəlib
Digər ölkələr04:05
İranda etirazçıları dəstəkləyən bir neçə siyasi xadim saxlanılıb
Region03:46
İdlibdə on dörd köçkünlər düşərgəsi su altında qalıb
Digər ölkələr03:10
Meksikada güclü zəlzələ baş verib
Digər ölkələr02:46
Gürcüstanın Baş naziri: Avropa İttifaqı ilə münasibətlər dəyişməyib və aşağı səviyyədədir
Region02:20
Serbiyanın Ədliyyə Nazirliyi Aİ-nin təzyiqi iddialarını rədd edib
Digər ölkələr01:45
İtaliyada dəmir yolu təxribatı terror aktı kimi araşdırılır
Digər ölkələr01:13
Nigeriyada baş verən yol qəzasında 30 nəfər ölüb
Digər ölkələr00:39