İslandiya klubunun baş məşqçisi Daniel Osafo-Badu: "Qarabağ" güclü komandadır"

Futbol
  • 08 iyul, 2026
  • 17:34
İslandiya klubunun baş məşqçisi Daniel Osafo-Badu: Qarabağ güclü komandadır

"Qarabağ" güclü komandadır".

"Report"un məlumatına görə, bu barədə İslandiyanın "Vestri" komandasının baş məşqçisi Daniel Osafo-Badu mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Çox həyəcanlıyam. Sabah güclü komandaya qarşı oynayacağıq. Futbolçularımız üçün çətin olacaq. Amma əlimizdən gələni edəcəyik".

O, Azərbaycan təmsilçisinin keyfiyyətli oyunçularının olduğunu söyləyib:

"Bəzi oyunçular dəyişib. Amma baş məşqçi eynidir. Rəqibin yoxlama matçlarını izləmişəm. "Qarabağ" UEFA Çempionlar Liqasındakı kimi eyni taktikaya üstünlük verir".

Daniel Osafo-Badu ötən mövsüm "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı oyunlarını izlədiyini sözlərinə əlavə edib:

"Futbolçular "Qarabağ"la oyuna hazırdılar. Püşkdə bu rəqib bizə düşəndə sevinmişdilər. Onlar həyəcanlanmışdılar. İndiyədək qarşılaşacağımız ən güclü komandalardan biri də məhz "Qarabağ"dır.

Mütəxəssis Azərbaycanın çox gözəl ölkə olduğunu söyləyib:

"Oyun planımızı açıqlamaq istəmirəm. Rəqibimiz topla oynamağa üstünlük verəcək. Biz əks-hücumda onları yaxalaya bilərik".

Xatırladaq ki, "Qarabağ" - "Vestri" matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.

44 - Tezliklə