"İnter"in argentinalı hücumçusu həmyerlisinin rekordunu təkrarlayıb
Futbol
- 07 may, 2025
- 16:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "İnter" klubunun argentinalı hücumçusu Lautaro Martines həmyerlisi Ernan Kresponun rekordunu təkrarlayıb.
"Report" xəbər verir ki, 27 yaşlı forvard buna UEFA Çempionlar Liqasında 9-cu qolunu vurmaqla nail olub.
O, 2002/2003 mövsümündə Milan təmsilçisinin heyətində eyni sayda fərqlənən Kresponu yaxalayıb. Bununla belə, Martinesin qol sayına görə həmyerlisini qabaqlamaq şansı da var. O, turnirin həlledici mərhələsində daha bir neçə dəfə rəqib qapısına yol tapa bilər.
Qeyd edək ki, Lautaro Martines cari mövsümdə qitənin ən nüfuzlu klub turnirinin bombardirləri siyahısında beşinci sırada yer alıb. Siyahıya 13 qolla Seru Qirassi ("Borussiya", Almaniya) başçılıq edir.
Son xəbərlər
06:34
BVF 2026-2027-ci illərdə Azərbaycan iqtisadiyyatının ildə orta hesabla 2 % artacağını proqnozlaşdırır
Maliyyə
06:12
BVF 2026-cı il üçün Azərbaycanın cari əməliyyatlar hesabının profisiti proqnozunu ÜDM-in 11,3 %-nə qədər artırıb
Maliyyə
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr