İngiltərəli futbolçu "Liverpul"un tarixinə düşüb

Futbol
  • 15 may, 2022
  • 06:33
İngiltərəli futbolçu Liverpulun tarixinə düşüb

"Liverpul"un futbolçusu Cordan Henderson İngiltərə klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Mersisayd təmsilçisində 6 fərqli titul əldə edən ilk kapitan olub.

Yurgen Kloppun baş məşqçi olduğu komanda son olaraq İngiltərə Kubokunun finalında "Çelsi"ni əsas və əlavə vaxtı qolsuz başa çatan görüşün penaltilər seriyasında 6:5 hesabı ilə üstələyib.

Qeyd edək ki, Henderson daha əvvəl "Liverpul"la İngiltərə Premyer Liqasını, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu, İngiltərə Liqa Kubokunu və klublararası dünya çempionatını qazanıb.