İngiltərə Premyer Liqasında 14 nəfər koronavirusa yoluxdu

Futbol
  • 19 avqust, 2020
  • 12:30
İngiltərə Premyer Liqasında 14 nəfər koronavirusa yoluxdu

Futbol üzrə İngiltərə Premyer Liqasında çıxış edən klublarda koronavirusa 14 yoluxma faktı qeydə alınıb. 

"Report" "Telegraph"a istinadən xəbər verir ki, 20 klubdan 12-də virus aşkarlanıb. Yoluxanların və komandaların adları açıqlanmayıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında yeni mövsümə sentyabrın 12-də start veriləcək.