İngiltərə Premyer Liqası: “Arsenal” qələbə qazanaraq zirvəyə yüksəlib
- 09 mart, 2024
- 19:48
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının 28-ci turu çərçivəsində “Arsenal” “Brentford”u qəbul edib.
“Report” xəbər verir ki, Londonda baş tutan oyunu Robert Consun başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Meydan sahiblərindən 19-cu dəqiqədə Deklan Rays Ben Uaytın ötürməsindən sonra topu tora göndərib. Qonaqlar birinci hissəyə əlavə edilmiş dördüncü dəqiqədə Yoan Vissanın sayəsində hesabı bərabərləşdiriblər.
“Arsenal” 86-cı dəqiqədə qələbə topunu vurub. Almaniyalı Kay Haverts Ben Uaytın ötürməsindən sonra başla dəqiq zərbə endirərək oyunda son nöqtəni qoyub – 2:1.
Qeyd edək ki, bu qələbədən sonra “topçular” (64 xal) “Mançester Siti” (62) və “Liverpul”u (63) qabaqlayaraq turnir cədvəlinin zirvəsinə yüksəlib. “Qırmızılar” və “şəhərlilər”in ehtiyatlarında bir oyun var. Martın 10-da komandalar bir-biri ilə oynayacaqlar.
“Brentford” isə 28 oyundan sonra 15-ci pillədə qərarlaşıb.