İngiltərə Premyer Liqası: “Arsenal” öz meydanında məğlub olub
- 28 dekabr, 2023
- 23:20
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində Londonun “Emireyts” stadionunda “Arsenal” eyni şəhərin “Vest Hem” komandasını qəbul edib.
“Report” xəbər verir ki, “topçular”ın böyük üstünlüyünə baxmayraq, görüş qonaqların inamlı qələbəsi (2:0) ilə başa çatıb.
Matçın 13-cü dəqiqəsində Carrod Bouenin ötürməsindən sonra Tomaş Souçek topu qapıya göndərərək qonaqları hesabda irəli çıxarıb. 55-ci dəqiqədə isə Devid Moyesin yetirmələri fərqi artırıb: Konstantinos Mavropanos dəqiq oynayıb. “Arsenal”ın oyun boyu davam edən təzyiqlərinə baxmayaraq, matçda başqa qol vurulmayıb.
Beləliklə, 19 oyundan sonra “Arsenal” turnir cədvəlində 40 xalla ikinci pillədə qalıb. London təmsilçisini lider “Liveprul”dan 2 xal ayırır. “Vest Hem” isə 33 xalla turnir cədvəlində “Mançester Yunayted”i arxada qoyub. Komanda 6-cı pillədə qərarlaşıb.