İngiltərə millisinin futbolçusu həbs edilib
Futbol
- 09 dekabr, 2025
- 14:01
Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun və İngiltərə milli komandasının hücumçusu Ayvan Touni Londondakı barda bir nəfərin başına zərbə vurmaqda şübhəli bilinərək həbs edilib.
"Report" xəbər verir ki, bu barədə "Sun" qəzeti məlumat yayıb .
Mənbənin sözlərinə görə, hadisə zərərçəkənin Touni ilə şəkil çəkdirmək üçün onun boynundan tutmasından sonra baş verib.
Həmin şəxs daha sonra burnunun sınması ilə bağlı həkimə müraciət edib. Hadisədən sonra polis futbolçunu əlləri qandallı şəkildə bardan çıxarıb.
Qeyd edək ki, 29 yaşlı Touni 2024-cü ilin avqustunda "Əl Əhli"yə keçib. O, daha əvvəl bir neçə İngiltərə klubunda, ən son isə "Brentford"da çıxış edib. Forvard İngiltərə millisində 7 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib.
Son xəbərlər
18:37
AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib
Futbol18:34
Rusiyada hələ də Azərbaycanın Qarabağdakı qələbəsi ilə barışa bilmirlər
Daxili siyasət18:33
Foto
Bakıda "Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi" keçirilib
Hərbi18:31
Hakan Fidan və Abbas Əraqçi regiondakı prosesləri müzakirə ediblər
Digər ölkələr18:29
Ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520 manat ziyan vurulub
Ekologiya18:29
Foto
Ankarada Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Xarici siyasət18:24
Premyer Liqa: "Zirə" "İmişli" səfərində xal tirib
Futbol18:22
İTV-nin baş direktoru vəzifəsinə seçilmək üçün 11 nəfər müraciət edib
Media18:13