İngiltərə millisinin futbolçusu Ced Spens "İnter"ə keçir

Futbol
  • 12 avqust, 2026
  • 21:35
İngiltərə millisinin futbolçusu Ced Spens İnterə keçir

İngiltərə millisinin və "Tottenhem" klubunun futbolçusu Ced Spens İtaliya təmsilçisi "İnter"ə keçir.

"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər artıq 26 yaşlı müdafiəçinin transferi üçün razılığa gəliblər. Milan təmsilçisi oyunçuya görə 31,5 milyon avro ödəyəcək.

Xatırladaq ki, Ced Spens ötən mövsüm bütün yarışlarda 44 oyunda meydanda olub.