"Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalında "Çelsi"ni səfərdə məğlub edib

Futbol
  • 15 yanvar, 2026
  • 02:11
Arsenal İngiltərə Liqa Kubokunun yarımfinalında Çelsini səfərdə məğlub edib

Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun yarımfinalı çərçivəsində səfərdə "Çelsi"yə qalib gəlib.

"Report" xəbər verir ki, paytaxt derbisi 3:2 hesabı ilə başa çatıb.

Yeddinci dəqiqədə "topçular"ın müdafiəçisi Ben Uayt künc zərbəsindən ötürmədən sonra baş zərbəsi ilə hesabı açıb. 49-cu dəqiqədə hücumçu Viktor Dyökereş komandasının üstünlüyünü ikiqat artırıb.

57-ci dəqiqədə "Çelsi"nin vingeri Alexandro Qarnaço fərqi azaldıb. 71-ci dəqiqədə yarımmüdafiəçi Martin Subimendi "Arsenal"ın üçüncü qolunu vurub. 12 dəqiqə sonra Qarnaço dublunu rəsmiləşdirib.

Yarımfinalın cavab oyunu fevralın 2-də baş tutacaq.

Turnirin martın 22-də keçiriləcək finalında bu cütün qalibi "Mançester Siti" - "Nyukasl" matçının güclüsü ilə qarşılaşacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti