İnfantino 3-cü dəfə FIFA prezidentliyinə namizədliyini verəcək

Futbol
  • 31 mart, 2022
  • 12:09
İnfantino 3-cü dəfə FIFA prezidentliyinə namizədliyini verəcək
Canni İnfantino

Canni İnfantino növbəti dəfə FIFA prezidentliyinə namizədliyini irəli sürəcək.

"Report"un məlumatına görə, 52 yaşlı funksioner bu barədə ali futbol qurumunun Qətərin paytaxtı Dohada keçirilən 72-ci Konqresində açıqlama verib.

O bildirib ki, yeni prezident 2023-cü ildə qurumun 73-cü Konqresində seçiləcək: "Konqres gələn ilin əvvəlində baş tutacaq. Tarix hələ təsdiqlənməyib, lakin tezliklə elan olunacaq".

Qeyd edək ki, 2016-cı ildən FIFA-ya rəhbərlik edən Canni İnfantino 2019-cu ildə ikinci dəfə qurumun prezidenti seçilib.

44 - Tezliklə