"İmişli" klubu Tuncay Yusifli ilə müqavilənin müddətini yeniləyib

Futbol
  • 20 may, 2026
  • 17:11
İmişli klubu Tuncay Yusifli ilə müqavilənin müddətini yeniləyib

"İmişli" klubu futbolçusu Tuncay Yusifli ilə müqavilənin müddətini uzadıb.

Bu barədə "Report"a bölgə təmsilçisindən məlumat verilib.

21 yaşlı cinah müdafiəçi ilə "2+1" illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Tuncay Yusifli ötən ilin yayında "İmişli"yə keçib.