İker Kasilyas karyerasını başa vurdu
Futbol
- 04 avqust, 2020
- 11:49
İspaniya millisinin və "Real Madrid"in sabiq futbolçusu İker Kasilyas peşəkar karyerasına son qoyub.
"Report"un məlumatına görə, bu barədə 39 yaşlı qapıçı özünün "Twitter" hesabında paylaşım edib.
"Əsas olan arzuladığınız təyinat nöqtəsi deyil, sizi müşayiət edən insanlar kimi getdiyiniz yoldur. Hər şey görülən iş və səylə qazanılır. Tərəddüd etmədən deyə bilərəm ki, bu, həm yol, həm arzu, həm də hədəf oldu. Sağ olun", veteran qolkiper yazıb.
Qeyd edək ki, 2019-cu ilin mayında infarkt keçirən İker Kasilyas ötən mövsüm Portuqaliya "Portu"sunun heyətində meydana çıxmayıb.
1998 - 2015-ci illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi qapıçının doğma klubunda prezident Florentino Peresin müşaviri vəzifəsində çalışacağı gözlənilir.
Son xəbərlər
10:40
"Neftçi" Azərbaycan çempionatlarının yüksək dəstəsində 550-ci qələbəsini qazanıb
Futbol10:35
"Kəpəz" Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci heç-heçəsini edib
Futbol10:33
Villiam Davila: "Azərbaycanın qlobal tendensiyaları anlayan insanlara ehtiyacı var"
Biznes10:30
Cəlilabadda 7 il əvvəl itkin düşmüş şəxsin öldürülərək su quyusuna atıldığı məlum olub
Hadisə10:25
Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər
Daxili siyasət10:25
SOCAR: AZEMBA gələcəyin liderlərini yetişdirmək üçün unikal platformadır
Biznes10:24
"Sabah" Premyer Liqada 250-ci oyununu keçirib
Futbol10:24
Foto
Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib
İKT10:23