İtaliyanın futbol klubunun prezidenti koronavirusa yoluxub

Futbol
  • 18 aprel, 2020
  • 23:45
İtaliyanın futbol klubunun prezidenti koronavirusa yoluxub
Massimo Çellino

İtaliyanın "Breşiya" futbol klubunun prezidenti Massimo Çellino koronavirusa yoluxub.

Bu barədə "Report" "La Repubblica"ya istinadən xəbər verir.

"Mən bir neçə gün Kalyaridə oldum. Buna qədər üç həftə boyunca Breşiyada karantində qaldım. Xəstəxanaya yola düşdüm və bir neçə analiz verdim. Mətbuat mənim qızımda virusun olduğunu, oğlumun isə virusa yoluxmadığını bildi. Məndə simptomlar var idi, sümüklərimdə həddən artıq yorğunluq və ağrı hiss edirdim", - o deyib. 

İtaliyada son bir gün ərzində koronavirusdan daha 482 nəfər ölüb. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 23 227 nəfər təşkil edir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.