İtaliya Super Kuboku uğrunda oyun Səudiyyə Ərəbistanında keçiriləcək

Futbol
  • 06 iyun, 2018
  • 10:47
İtaliya Super Kuboku uğrunda oyun Səudiyyə Ərəbistanında keçiriləcək

Bakı. 6 iyun REPORT.AZ/ 2018-2019 mövsümü üçün İtaliya Super Kuboku uğrunda oyunun keçirilmə vaxtı və yeri müəyyənləşib. 

"Report"un "Calciomercato" nəşrinə istinadən verdiyi məlumata görə, "Yuventus" və "Milan" komandaları arasında baş tutacaq qarşılaşmanın avqust ayında keçirilməsi nəzərdə tutulsa da, matç 2019-cü il yanvarın 13-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində baş tutacaq. 

Nəşrdə bildirilir ki, tərəflər görüşün təşkili ilə bağlı razılıq əldə ediblər. Səudiyyə Ərəbistanı tərəfi hər kluba 3.1 milyon avro, İtaliya Futbol Federasiyasına isə 700 min avro ödəyəcək.