İtaliya millisinin sabiq futbolçusu xərçəng xəstəliyindən sağaldı

Futbol
  • 12 aprel, 2020
  • 16:59
İtaliya millisinin sabiq futbolçusu xərçəng xəstəliyindən sağaldı
Canluka Vialli

İtaliya millisinin və "Yuventus"un sabiq futbolçusu Canluka Vialli xərçəng xəstəliyindən sağalıb. 

"Report"un məlumatına görə, bu barədə 56 yaşlı keçmiş hücumçu "Daily Mail"ə açıqlamasında bildirib.

O, hazırda vəziyyətinin yaxşı olduğunu və dekabrda iki dövrədən ibarət 17 aylıq kimya terapiya kursunu başa vurduğunu söyləyib: "Yoxlanışlardan sonra xəstəliyin əlamətləri görsənmir. Bir çoxları ilə müqayisədə şanslıyam".

Qeyd edək ki, Canluka Vialli İtaliya yığmasında 59 oyun keçirib. O, İngiltərədə "Çelsi"nin də formasını geyinib. 

44 - Tezliklə