İtaliya komandası qələbəni boş tribunalar önündə qeyd etdi - VİDEO
- 10 mart, 2020
- 10:39
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Benevento" komandasının futbolçuları koronavirusa görə matçların keçirilməsi qaydasına yumorla reaksiya veriblər.
"Report"un məlumatına görə, komanda üzvləri B Seriyasının XXVIII turunda "Peskara"nı 4:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra qələbəni qeyd etmək qərarına gəlib. Oyunçular azarkeşlərin olmadığı boş tribunaya tərəf gedərək ot ortüyünün üzərinə yıxılıblar.
Qeyd edək ki, "Benevento" - "Peskara" matçı martın 8-də keçirilib. Martın 9-da isə İtaliya Milli Olimpiya Komitəsi ölkədəki bütün idman yarışlarının aprelin 3-dək dayandırıldığını açıqlayıb. Bu qərar ölkənin bütün futbol liqalarına da şamil olunub.
ðâ¤ï¸ This is quality. Italian side Benevento defeated Pescara yesterday and ended up serenading their 'invisible' fans who are not allowed to attend games due to Coronavirus. It's a sad situation but the players are keeping the tradition alive. ð pic.twitter.com/saBdoUep0A
— FutbolBible (@FutbolBible) March 9, 2020