İsveçrə şirkəti AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinə müsbət qiymət verib

Futbol
  • 19 mart, 2018
  • 08:43
İsveçrə şirkəti AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinə müsbət qiymət verib

Bakı. 19 mart. REPORT.AZ/ İsveçrənin SGS şirkəti 2017-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

"Report"un məlumatına görə, bu barədə şirkətdən AFFA-ya ünvanlanmış təbrik məktubunda bildirilir. Məktubda qeyd olunur ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur. Lisenziyalaşdırma qrupu 2018-2019-cu il Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

44 filmi