İspaniyanın “Atletiko” komandası antirekorda imza atıb - VİDEO

Futbol
  • 17 aprel, 2017
  • 06:22
İspaniyanın “Atletiko” komandası antirekorda imza atıb - VİDEO

Bakı. 17 aprel. REPORT.AZ/ Futbol üzrə İspaniya La Liqasının XXXII turu çərçivəsində “Osasuna”nı qəbul edən “Atletiko” antirekorda imza atıb. “Report”un məlumatına görə, Madrid təmsilçisi ölkə çempionatında ardıcıl 6-cı penaltini qola çevirə bilməməklə tarixə düşüb.

“Atletiko”nun 3:0 hesabı ilə qalib gəldiyi görüşdə qonaq komandanın qapıçısı Salvatore Siriqu 89-cu dəqiqədə Yannik Karraskonun, 1 dəqiqə sonra isə Tomas Parteyin zərbəsini dəf edib.

Qeyd edək ki, “Atletiko” “Osasuna”nı Yannik Karraskon dublu və Felipe Lusin bir qol ilə məğlub edib - 3:0. Hazırda madridlilər 65 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.