İspaniya yığmasının zədəli müdafiəçisi dünya çempionatınadək sağalacaq
Futbol
- 28 may, 2018
- 12:56
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 may. REPORT.AZ/ İspaniya milli komandasının və "Real Madrid" klubunun futbolçusu Daniel Karvaxal Çempionlar Liqasının finalında İngiltərə "Liverpul"u ilə oyunda aldığı zədədən sonra əlavə müayinədən keçib.
"Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, 26 yaşlı müdafiəçinin sağ baldırın arxa əzələlərində problem aşkarlanıb. Lakin Karvaxalın əvvəlcədən güman edildiyi qədər ciddi xəsarətlə üzləşmədiyi və dünya çempionatına yollana biləcəyi müəyyənləşib. O, 2-3 həftəyə tam sağalacaq. Ən pis halda, sağ cinah oyunçusu iyunun 15-də Portuqaliyaya qarşı keçirəcəkləri ilk oyunu buraxacaq.
Qeyd edək ki, B qrupunda İspaniya yığmasının digər rəqibləri Mərakeş və İran olacaq.
Son xəbərlər
06:53
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
İKT
06:22
Video
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Region
05:44
Türkiyədə qidadan zəhərlənənlərin sayı 88 nəfərə çatıb - Yenilənib
Region
05:16
Tramp Lindsi Qrem qanununa əsasən Rusiyaya sanksiya tətbiq etməyib
Digər ölkələr
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr