İspaniya La Liqasının yayımı üzrə tender "Barselona"nın kənarlaşdırılma ehtimalına görə təxirə salınıb

Futbol
  • 18 oktyabr, 2017
  • 02:53
İspaniya La Liqasının yayımı üzrə tender Barselonanın kənarlaşdırılma ehtimalına görə təxirə salınıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatı oyunlarının yayım hüququ üçün tender "Barselona"nın iştirakçılar sırasından çıxarılma ehtimalı ilə əlaqədar iki həftəlik təxirə salınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebasa istinadən AFP məlumat yayıb.

"Beynəlxalq KİV-lərdə nə danışıldığını biz hamımız gördük, belə ki, hazırda hərraclarda iştirak etmək üçün yaxşı zaman deyil və o, iki həftə müddətinə təxirə salınır", - deyə Tebas bildirib.