İspaniya klubunun futbolçusu ürəyindən əməliyyat olunub

Futbol
  • 08 may, 2018
  • 06:23
İspaniya klubunun futbolçusu ürəyindən əməliyyat olunub

Bakı. 8 may. REPORT.AZ/ İspaniyanın "Atletik" klubunun futbolçusu Raul Qarsiya ürəyindən əməliyyat olunub. 

"Report"un məlumatına görə, 31 yaşlı cinah oyunçusunda ürək aritmiyasının yüngül forması aşkarlanıb. Prosedur plana uyğun davam etsə və mürəkkəbləşməsə, o, bu gün evinə buraxıla bilər. 

Qarsiya "Atletik"in La Liqadakı qalan 2 oyununu buraxmalı olacaq.