İspaniya klubu Türkiyə millisinin futbolçusunu transfer edib

Futbol
  • 07 avqust, 2018
  • 13:30
İspaniya klubu Türkiyə millisinin futbolçusunu transfer edib

Bakı. 7 avqust. REPORT.AZ/ İspaniyanın "Hueska" klubu Türkiyə millisinin və "Osmanlıspor" klubunun futbolçusu Serdar Gürleri heyətinə qatıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu 4 il ərzində İspaniya təmsilçisinin formasını geyinəcək. Türkiyə mətbuatı "Hueska"nın futbolçu üçün "Osmanlıspor"a 2.5 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, "Hueska" yeni mövsümdən etibarən La Liqada çıxış edəcək.