İsko "Real Madrid"dən ayrıla bilər
Futbol
- 24 yanvar, 2019
- 11:20
Bakı. 24 yanvar. REPORT.AZ/ İspaniya "Real Madrid"inin futbolçusu İsko Alarkon cari mövsümün sonunda klubdan ayrıla bilər.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, Santyaqo Solarinin baş məşqçi postunda qalacağı təqdirdə, 27 yaşlı yarımmüdafiəçi rəhbərlikdən başqa kluba transfer olunmasını istəyəcək. Onun 43 yaşlı mütəxəssislə münasibətlərinin yaxşı olmadığı iddia olunur.
Qeyd edək ki, İskonun "Real Madrid"lə 2022-ci ilin yayına qədər müqaviləsi mövcuddur. İspaniya millisinin də şərəfini qoruyan oyunçu cari mövsüm La Liqada 14 oyunda meydanda olub, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi ilə İtaliyanın "Yuventus", İnter" İngiltərənin "Mançester Siti" və Fransanın PSJ klubları maraqlanır.
Son xəbərlər
00:10
SEPAH: ABŞ-nin Lark adasına hücumu cavabsız qalmayacaq
Region23:53
"Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
Region23:37
Merts: Biz Almaniyada özümüzü müdafiə etmək iqtidarında olmalıyıq
Digər ölkələr23:25
Çikaqoda bir kişi insan kütləsinə atəş açıb, həlak olan var
Digər ölkələr23:12
Gəncə şəhərində yanğın baş verib
Hadisə22:49
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir
Hərbi22:46
Merts Leypsiqdəki PUA insidenti ilə bağlı cavab hazırlandığını bildirib
Digər ölkələr22:34
Video
Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
Region22:25