İranda qadınların stadionda futbola baxmasına icazə verilib

Futbol
  • 21 iyun, 2018
  • 02:57
İranda qadınların stadionda futbola baxmasına icazə verilib

Bakı. 21 iyun. REPORT.AZ/ İran hökuməti qadınların stadionda kişilərlə birgə futbol matçına baxmasına qoyulan qadağanı aradan götürüb.

“Report” xəbər verir ki, qadınlar 1979-cu ildən bu yana ilk dəfə olaraq qanuni şəkildə stadionda futbola baxmaq fürsəti əldə ediblər.

Bu hadisə Tehranda, yerli stadionlardan birində DÇ-2018-in İran-İspaniya oyununun (0:1) canlı yayımının təşkili zamanı baş verib. Lakin bu asanlıqla olmayıb. Əvvəlcə onların stadiona girişinə yenə imkan verilməyib. Ancaq qadın azarkeşlərin oturaq aksiya keçirməsindən sonra, tribunalar onların üzünə açılıb.

44 - Tezliklə