"İnter" - "Mladost" matçının hakimlərinin adı açıqlanıb
Futbol
- 01 iyul, 2017
- 10:02
Bakı. 1 iyul. REPORT.AZ/ Bakının “İnter” klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Serbiyanın “Mladost” komandası ilə cavab matçını idarə edəcək hakimlər müəyyənləşib.
“Report”un məlumatına görə, iyulun 6-da “Dalğa Arena”da baş tutacaq görüş ukraynalı hakimlərə həvalə edilib.
Qarşılaşmanın baş hakimi Nikolay Balakin olacaq. Ona həmyerliləri Vladimir Volodin və Aleksandr Korniyko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Anatoli Jabçenko yerinə yetirəcək.
Hakimlərin işinə polşalı Robert Malek qiymət verəcək.
Qeyd edək ki, bu kollektivlər arasında Serbiyada baş tutan matçda “İnter” 3:0 hesabı ilə qalib gəlib.
Son xəbərlər
05:21
Peru İranla diplomatik əlaqələri kəsib
Digər ölkələr04:55
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
Digər ölkələr04:17
Şamaxıda zəlzələ olub
Hadisə04:06
"Bloomberg": İran hələ də AEBA müfəttişlərini nüvə obyektlərinə buraxmır
Region03:46
Fransa və ABŞ astronavtları BKS-dən kosmosa çıxıblar
Digər ölkələr03:19
ABŞ İranın hərbi hədəflərinə zərbələri başa çatdırıb - YENİLƏNİB
Digər ölkələr02:59
ABŞ-nin energetika naziri neft sazişi danışıqları üçün Venesuelaya gedəcək
Digər ölkələr02:40
Goranboyda yanğın baş verib
Hadisə02:22