"İnter" klubunun borcu açıqlanıb
Futbol
- 13 fevral, 2016
- 06:27
Bakı. 13 fevral. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun borcu 417 milyon avroya çatıb. "Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, klubun sahibi Erik Tohir maliyyə durumunu qaydasına salmaq üçün səhmdarlar tapmağa çalışır.
30 iyun 2015-ci il üçün Milan təmsilçisi "Goldman Sachs" bankına 230 milyon avro borclu olub. Tohirin özü kluba 108 milyon avro borc verib. "İnter" tədarükçülərə 68 milyon avro, digər klublara isə 11 milyon avro ödəməlidir. 2014-2015 mövsümündə "neradzurri"nin borcu 140 milyon avro təşkil edib.
Qeyd edək ki, hazırda İtaliya A seriyasında 5-ci pillədə gedən "İnter" lider "Napoli"dən 11 xal geridədir. İndoneziyalı biznesmen Erik Tohir 2013-cü ildə 40 milyon avroya "İnter"in səhmlərinin 70 faizini alıb.
Son xəbərlər
21:06
Almaniyada iki elektrik yarımstansiyasının yaxınlığında partlayıcı qurğular aşkarlanıb
Digər ölkələr20:43
Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib
Digər ölkələr20:24
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Elm və təhsil20:14
Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək
İnfrastruktur20:12
Türkiyə Superliqası klubu baş məşqçi postuna Orhan Akı gətirib
Futbol20:06
Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib
Elm və təhsil20:03
Rəşad Nəbiyev: Azərbaycan və Tacikistan arasında tranzit daşımaları 8 ayda 17 % artıb
Xarici siyasət20:02
İlhom Abdurahmon: Azərbaycan Tacikistanın ən mühüm və yaxın tərəfdaşlarından biridir
Xarici siyasət19:57