"İnter" kapitanlıqdan məhrum etdiyi futbolçusuna yeni müqavilə təklif edib
Futbol
- 23 fevral, 2019
- 09:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 fevral. REPORT.AZ/ İtaliyanın "İnter" klubu ulduz futbolçusu Mauro İkardiyə yeni müqavilə təklif edib.
"Report" "Corriere dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi 26 yaşlı hücumçunun ilinə 6.5 milyon avro qazanmaqla dördillik sözləşməyə qol çəkməsini istəyib. Argentinalı forvard isə 7.5 milyon avro məvacib və yüksək bonuslarla razılıq əldə etməyə ümid edir.
İtaliya təmsilçisinin İkardi ilə yeni müqaviləyə dair danışıqlarının davam etdiyi vurğulanıb.
Qeyd edək ki, daha öncə Mauro İkardi "İnter"də kapitanlıq sarğısından məhrum edilib və bir neçə oyunda iştirak etməyib. Oyunçunun klubla hazırkı müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub və illik 4.5 milyon avro qazanır.
Son xəbərlər
13:53
Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb
Biznes
13:49
Ötən rüb Azərbaycanda qaz istehlakı 7 %-ə yaxın azalıb
Energetika
13:46
"Firefox" Azərbaycandakı bazar payının 17 %-dən çoxunu itirib
İKT
13:44
Vaqif Sadıqov: "U-15 dünya çempionatı Azərbaycan futbolunun inkişafına böyük təkan verəcək"
Futbol
13:40
SOCAR ötən rüb neft məhsullarının ixracını 3 %-ə yaxın artırıb
Energetika
13:39
ABŞ-də "Halloween" günlərində silahlı insidentlər nəticəsində azı 15 nəfər ölüb
Digər ölkələr
13:35
SOCAR III rübdə 632 milyon kubmetrə yaxın qaz emal edib
Energetika
13:27
Sander van der Eyk "Sabah"dan əvvəl Azərbaycan millisinin oyununu idarə edib
Futbol
13:22
Foto
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
Fərdi