İngiltərə Kubokunun qaliblərinə alkoqolsuz şampan veriləcək
Futbol
- 24 aprel, 2019
- 12:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Futbol Assosiasiyası (FA) Federasiya Kuboku qaliblərinin alkoqolsuz şampan yeşiyi ilə mükafatlandırılması barədə qərar qəbul edib.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, qərar futbolçuların dini inanclarına hörmətlə yanaşmaq istəyi ilə əsaslandırılıb. Bildirilib ki, müsəlmanlar və digər dinlərin bəzi nümayəndələrinin spirtli içki qəbul etmələri qadağandır. 18 yaşına çatmayan oyunçulara da belə qadağa mövcuddur.
FA bu ildən soyunub-geyinmə otağında turnirin qaliblərinə alkoqolsuz şampan yeşiyi verəcək. Cari mövsüm ölkə kubokunun finalında "Mançester Siti" və "Uotford" komandaları üz-üzə gələcək. Həlledici oyun mayın 18-də "Uembli" stadionunda keçiriləcək.
Son xəbərlər
20:06
"Xocavənd" komandası "Zəfər naminə" futbol turnirinin qalibi olub
Futbol
20:02
İran HDQ: Son sutka ərzində Hürmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb - Yenilənib
Digər ölkələr
19:49
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Futbol
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes
19:33
Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsini müzakirə ediblər
Digər ölkələr
19:28
Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Digər ölkələr
19:25
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Energetika
19:23
"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib
Komanda
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr