MLS-də növbəti mərhələyə yüksələn bütün komandalar bəlli olub, İbrahimoviç son turda baxım qol vurub - VİDEO

Futbol
  • 07 oktyabr, 2019
  • 09:23
MLS-də növbəti mərhələyə yüksələn bütün komandalar bəlli olub, İbrahimoviç son turda baxım qol vurub - VİDEO

Bu ilin mart ayından start götürən MLS (Əsas Futbol Liqası) çempionatı başa çatıb.

"Report"un məlumatına görə, "Nyu-York Siti" 34 turdan sonra 64 xal toplayaraq Şərq Konfrasını birinci pillədə başa vurub. "Atlanta Yunayted" ikinci (58 xal), "Filadelfiya" isə üçüncü (55 xal) olub.

Qərb Konfransında isə "Los-Anceles" 72 xalla bütün rəqiblərini geridə qoyub. "Sietl Saunders" ikinci (56 xal), "Real Solt-Leyk" isə üçüncü yeri (53 xal) tutub.

Konfranslarda ilk yeddi yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanıblar. Müntəzəm mövsümün qalibləri "Nyu-York Siti" və "Los-Anceles" "pley-off" mərhələsinin ilk turunda iştirak etməyəcəklər və birbaşa yarımfinalda oynayacaqlar.

"Los-Anceles Qelaksi"nin ulduz futbolçusu Zlatan İbrahimoviç isə son turda "Hyuston Dinamo"ya 2:4 hesabı ilə uduzduqları matçda baxımlı qola imza atıb.

1/4 final mərhələsinin cütləri

Şərq Konfransı

"Toronto" - "DC Yunayted"

"Filadelfiya" - "Nyu-York Red Bulls"

"Atlanta Yunayted" - "Nyu İnqlend"

Qərb Konfransı:

"Minnesota Yunayted" - "Los-Anceles Qelaksi"

"Real Solt-Leyk" - "Portlend Timbers"

"Sietl Saunders" - "Dallas" 

MLS-də növbəti mərhələyə yüksələn bütün komandalar bəlli olub, İbrahimoviç son turda baxım qol vurub - VİDEO

44 - Tezliklə