​Hollandiya 30 ildə ilk dəfə olaraq Avropa çempionatından kənarda qalıb - VİDEO

Futbol
  • 13 oktyabr, 2015
  • 21:07
​Hollandiya 30 ildə ilk dəfə olaraq Avropa çempionatından kənarda qalıb - VİDEO

Bakı. 14 oktyabr. REPORT.AZ/ Futbol üzrə Hollandiya yığması 2016-cı ilin yayında Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazana bilməyib.

"Report" xəbər verir ki, hollandlar "A" qrupunda dördüncü yeri tutublar və hətta play-off oyunlarına da düşə bilməyiblər.

Belə olan halda, Avropa çempionatı 1984-cü ildən bu yana ilk dəfə olaraq Hollandiyasız keçiriləcək.

Hollandiya Avro-2016-nın təsnifat mərhələsində keçirdiyi son oyunda Çexiya yığmasına 2:3 hesabı ilə məğlub olub.