"Həkəri Qubadlı" komandasına texniki məğlubiyyət verilib

Futbol
  • 13 mart, 2025
  • 13:11
Həkəri Qubadlı komandasına texniki məğlubiyyət verilib

AFFA U-13 Liqasında çıxış edən "Həkəri Qubadlı" komandasına texniki məğlubiyyət (0:3) verilib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.

Buna "Sunami" ilə oyunun "Həkəri Qubadlı"nın heyətində yetərsay olmadığına görə baş tutmaması səbəb olub.