UEFA və FIFA proqramlarından AFFA-ya daxil olan məbləğ açıqlandı
- 29 yanvar, 2021
- 08:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkədə futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq məqsədilə UEFA-nın Hat-Trick Həmrəylik proqramları çərçivəsində 2019/2020 və 2020/2021 mövsümləri üçün UEFA tərəfindən AFFA-ya ümumi 4 milyon 319 min 140 manat vəsait ayrılıb.
"Report" xəbər veri ki, ayrılmış vəsait, müxtəlif yaş qruplu milli komandaların, müxtəlif yaş qruplu liqaların, grassroots proqramlarının, hakimlik, məşqçilik, infrastruktur və digər sahələrin standartlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulub.
Hat Trick Proqramı çərçivəsində 2019/2020 mövsümü üçün Həmrəylik ödənişləri 864 min 786 manat, 2020/2021 mövsümü üçün isə 3 milyon 454 min 354 manat olub.
Qeyd edək ki. FİFA-nın “Forward “ Proqramı çərçivəsində infrastruktur sahəsi üçün ayrılan 849 min 940 manat maliyyə vəsaiti Tovuz Futbol Məşq Mərkəzinin və 3 ədəd süni ot örtüklü mini meydançaların inşasına, həmçinin mövcud stadionun təmirinə xərclənib.
UEFA-nın “Hat Trick 5“ Layihəsi üzrə infrastruktur sahəsi üçün ayrılan 2 milyon 406 min 99 manat maliyyə vəsaiti Şamaxı şəhər stadionunun inşasına yönəldilib. İnşaat işləri hazırda davam edir. Layihə təhvil verildikdən sonra hesabatı müvafiq qaydada təqdim olunacaq.